Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) “Zəfər turu” adı verilən 12-ci tura start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış matçı Bayılda “Səbail”lə “Turan Tovuz” arasında keçiriləcək. Oyunu Kamranbəy Rəhimov idarə edəcək.
Tovuz təmsilçisi səfərdə qələbə qazansa, “Səbail”lə xallarını bərabərləşdirmiş olacaq. Əks halda “dənizçilər” “Turan Tovuz”la xal fərqini 6-ya yüksəldə bilər.
Xatırladaq ki, “Səbail”lə “Turan Tovuz” indiyə qədər 5 oyun keçiriblər. Bu oyunlardan üçü heç-heçə bitibsə, komandalar hərəyə 1 qələbə qazanıblar. “Səbail” 4 görüşdür bu rəqibinə uduzmur. “Turan Tovuz” isə bütün qarşılaşmalarda Bayıl təmsilçisinə qol vurması ilə öyünə bilər.
Premyer Liqa
“Zəfər turu” (12-ci tur)
3 noyabr
“Səbail” – “Turan Tovuz”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Bayıl Arena”, 19:00.
4 noyabr
“Qarabağ” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.
“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 18:00.
5 noyabr
“Qəbələ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Şirmamed Mamedov, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu, 16:00.
“Sabah” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əli Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
“Masazır Arena”, 18:30.



