Super Liqa: “Fənərbaxça”nın 19 oyunluq seriyası qırıldı – Video

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “İstanbulspor” – “Pendikspor” matçında qonaqlar qələbə qazanıblar. “Samsunspor” isə “Hatayspor” üzərində əzmkar qələbəyə sevinib. Lider “Fənərbaxça” da “Trabzonspor”la qarşılaşıb. Beş qolun qeydə alındığı bu görüş trabzonluların qələbəsiylə yekunlaşıb. Beləcə, cari mövsümdə möhtəşəm qələbə seriyası yaxalamış “Fənərbaxça”nın uğurlu çıxışı doğma meydandakı məğlubiyyətlə qırılıb. İstanbul təmsilçisi 19 oyun sonra ilk məğlubiyyətinə üzülüb.

Türkiyə, Super Liqa
11-ci tur
3 noyabr

Qalatasaray – Kasımpaşa 2:1
Qollar: Zaha, 33; 51 – Omeru, 54.

4 noyabr

İstanbulspor – Pendikspor 2:4
Qollar: Ndao, 40. Roka, 89 – E.Yardımcı, 30. Velinton, 45+3; 60. Türam, 83.

Samsunspor – Hatayspor 2:1
Qollar: E.Kara, 77-pen. Şindler, 90+9 – Lamkel Ze, 36.

Fənərbaxça – Trabzonspor 2:3
Qollar: Tadiç, 61-pen; 90-pen – Onuaçu, 10. B.Özdemir, 46. Pepe, 47.

5 noyabr

14:30. Sivasspor – Adana Dəmirspor
17:00. Başakşəhər Ankaragücü
17:00. Konyaspor – Fatih Karagümrük
20:00. Antalyaspor – Beşiktaş

6 noyabr

21:00. Qaziantep – Rizəspor
21:00. Kayserispor – Alanyaspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: