Bundesliqa: “Bayern” Dortmundda 4 cavabsız qola sevindi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Köln” – “Auqsburq” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Altı qolun qeydə alındığı “Frayburq” – “Borussiya” (Mönhenqladbah) matçında da qalib müəyyənləşməyib. Səfərdə “Hoffenhaym”la qarşılaşan “Bayer” növbəti qələbəsini qazanıb. Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan Leverkuzen təmsilçisi bu qələbə sayəsində liderliyini qoruyub.

“Maynts” doğma meydanda “Leypsiq” üzərində inamlı qələbəyə sevinib. Səfərdə “Union Berlin”lə qarşılaşan “Ayntraxt” darmadağınla qalib gəlib.

Turun mərkəzi oyununda Dortmund “Borussiya”sı son çempion “Bayern”lə üz-üzə gəlib. Dortmundlular bu oyunda 4 cavabsız qola üzülüblər ki, onlardan üçünü qonaqların ingilis hücumçusu Harri Keyn vurub.

10-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
10-cu tur
3 noyabr

Darmştadt – Bohum 1:2
Qollar: Nürnberger, 43 – Asano, 25; 54.

4 noyabr

Köln – Auqsburq 1:1
Qollar: Maina, 16 – Tiets, 25.

Frayburq – Borussiya (Mönhenqladbah) 3:3
Qollar: Holer, 7. Vayshaupt, 70. Qrifo, 90+6-pen – Sibaçu, 25. Plea, 29. Vayql, 39-pen.

Hoffenhaym – Bayer 2:3
Qollar: Stax, 56. Veqorst, 58 – Virts, 9. Qrimaldo, 45+1; 70.

Maynts – Leypsiq 2:0
Qollar: Li Jae, 76. Barreyro, 80.

Union Berlin – Ayntraxt 0:3
Qollar: Marmuş, 2; 14. Naço, 82.

Borussiya (Dortmund) – Bayern 0:4
Qollar: Upamekano, 4; Keyn, 9; 72; 90+3.

5 noyabr

18:30. Volfsburq – Verder
20:30. Haydenhaym – Ştutqart

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: