“Mançester Yunayted”in sabiq qapıçısı David de Xea “qırmızı şeytanlar”ın portuqal yarımmüdafiəçi Bruno Fernandesin paylaşmasını cavablayıb.
Arena.az məlumat verir ki, “Mançester Yunayted”in kapitanı Bruno Fernandes İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Fulhem”lə oyundan (1:0) sonra komandanın qələbəsi şərəfinə “Instagram” sosial şəbəkəsində paylaşma dərc edib.
Mankunianların ispan sabiq qapıçısı və kapitanı David De Xea bu dərci şərh edərək, “Sən düzgün kapitan deyilsən” yazısı ilə Fernandesin cavablayıb.
Xatırladaq ki, daha əvvəl “Mançester Yunayted”in irland sabiq futbolçusu Roy Kin Bruno Fernandesi kapitan qismində tənqid etmişdi. Kinə görə, Fernandes həddən artıq sızlayır və inləyir.
Vurğulayaq ki, “qırmızı şeytanlar”ın kapitan sarğısını həvalə etmək, komandanın baş məşqçisi, holland mütəxəssis Erik ten Haqın səlahiyyətindədir.
Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro müqabilində Lissabon “Sportinq”inndən keçib. Portuqal yarımmüdafiəçinin “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayıın sonuna qədər qüvvədədir.
Cari mövsümdə Fernandes “Mançester Yunayted”in heyətində 15 oyuna 3 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.
Portuqal yarımmüdafiəçinin İngiltərə nəhənginin heyətində ümumi statistikası isə belədir: 200 oyun, 67 qol, 57 məhsudlar ötürmə.
Bruno Fernandes 2017-ci ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heəyitndə 61 oyuna çıxıb, 18 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı Bruno Fernandesi 75 milyon avro məbləğində qiymətləndirir.



