Super Liqa: “Beşiktaş” Antalyadan xalsız qayıtdı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Sivasspor” – “Adana Dəmirspor” və “Konyaspor” – “Fatih Karagümrük” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Altı qolun qeydə alındığı “Başakşəhər” – “Ankaragücü” matçında da qalib müəyyənləşməyib. “Antalyaspor”un qonağı olan “Beşiktaş” isə turu məğlubiyyətlə başa vurub.

11-ci tura sabah keçiriləcək “Qaziantep” – “Rizəspor” və “Kayserispor” – “Alanyaspor” oyunları ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
11-ci tur
3 noyabr

Qalatasaray – Kasımpaşa 2:1
Qollar: Zaha, 33; 51 – Omeru, 54.

4 noyabr

İstanbulspor – Pendikspor 2:4
Qollar: Ndao, 40. Roka, 89 – E.Yardımcı, 30. Velinton, 45+3; 60. Türam, 83.

Samsunspor – Hatayspor 2:1
Qollar: E.Kara, 77-pen. Şindler, 90+9 – Lamkel Ze, 36.

Fənərbaxça – Trabzonspor 2:3
Qollar: Tadiç, 61-pen; 90-pen – Onuaçu, 10. B.Özdemir, 46. Pepe, 47.

5 noyabr

Sivasspor – Adana Dəmirspor 1:1
Qollar: Koyta, 10 – Stambuli, 57.

Başakşəhər – Ankaragücü 3:3
Qollar: Pyontek, 14; 27. Fiqeyredo, 75 – Sou, 2. Pedrinyo, 20. T.Cigerci, 59.

Konyaspor – Fatih Karagümrük 1:1
Qollar: Çikalleşi, 90+7-pen – G.Yalçın, 46.

Antalyaspor – Beşiktaş 3:2
Qollar: D.Sarıc, 46. Yehezkel, 50; 57 – C.Tosun, 45+2. Muleka, 79.

6 noyabr

21:00. Qaziantep – Rizəspor
21:00. Kayserispor – Alanyaspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: