Bundesliqa: “Ştutqart” “Haydenhaym”a məğlub oldu

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 10-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Volfsburq” – “Verder” matçında qalib müəyyənləşməyib.

“Haydenhaym” isə doğma meydanda “Ştutqart”a 2 cavabsız qolla qalib gəlib.

Beləliklə, 10 turdan sonra 28 xala malik Leverkuzen “Bayer”i vahid liderdir. Bu komandanın Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olduğunu və gələn həftə Bakıya səfər edəcəyini də xatırladaq. Son çempion “Bayern” 26 xalla ikincidir. Üçüncü və dördüncü pillələrdə qərarlaşmış “Ştutqart”la Dortmund “Borussiya”sının isə 21 xalı var. “Leypsiq” 20, “Hoffenhaym” 18, “Ayntraxt” 17, “Frayburq” 14, “Volfsburq” 10, “Auqsburq” 12 xal toplayıb.

Almaniya, Bundesliqa
10-cu tur
3 noyabr

Darmştadt – Bohum 1:2
Qollar: Nürnberger, 43 – Asano, 25; 54.

4 noyabr

Köln – Auqsburq 1:1
Qollar: Maina, 16 – Tiets, 25.

Frayburq – Borussiya (Mönhenqladbah) 3:3
Qollar: Holer, 7. Vayshaupt, 70. Qrifo, 90+6-pen – Sibaçu, 25. Plea, 29. Vayql, 39-pen.

Hoffenhaym – Bayer 2:3
Qollar: Stax, 56. Veqorst, 58 – Virts, 9. Qrimaldo, 45+1; 70.

Maynts – Leypsiq 2:0
Qollar: Li Jae, 76. Barreyro, 80.

Union Berlin – Ayntraxt 0:3
Qollar: Marmuş, 2; 14. Naço, 82.

Borussiya (Dortmund) – Bayern 0:4
Qollar: Upamekano, 4; Keyn, 9; 72; 90+3.

5 noyabr

Volfsburq – Verder 2:2
Qollar: Çerni, 37. Paredes, 59 – Dukş, 7.Borre, 65.

Haydenhaym – Ştutqart 2:0
Qollar: Şoppner, 70. Klaynenst, 90+4.

Xəbəri sosial şəbəkələrdə paylaş: