Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 4-cü turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupları çərçivəsində daha 8 qarşılaşma baş tutacaq.
Bugünkü oyunlardan sonra üç komanda pley-offa vəsiqəni rəsmiləşdirə bilər. G qrupunda “Mançester Siti” və “Leypsiq” qələbə təqdirində 1/8 finalda iştiraklarını təmin edəcəklər. H qrupunda isə “Barselona” buna daha yaxındır.
F qrupunda “Milan”la PSJ arasında keçiriləcək oyuna maraq daha böyükdür. İtaliya təmsilçisi Parisdəki məğlubiyyətin qisasını almağa çalışacaq.
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna sabah keçiriləcək 8 oyunla yekun vurulacaq.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
7 noyabr
E qrupu
00:00. “Atletiko” (İspaniya) – “Seltik” (Şotlandiya)
00:00. “Latsio” (İtaliya) – “Feyenoord” (Niderland)
Xal: Feyenoord – 6. Atletiko – 5, Latsio – 4. Seltik – 1.
F qrupu
21:45. “Borussiya” (Dortmund, Almaniya) – “Nyukasl” (İngiltərə)
00:00. “Milan” (İtaliya) – PSJ (Fransa)
Xal: PSJ – 6. Borussiya – 4. Nyukasl – 4. Milan – 2.
G qrupu
00:00. “Mançester Siti” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə)
00:00. “Srvena Zvezda” (Serbiya) – “Leypsiq” (Almaniya)
Xal: Mançester Siti – 9. Leyptsiq – 6. Yanq Boyz – 1, Srvena Zvezda – 1.
H qrupu
21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Barselona” (İspaniya)
00:00. “Portu” (Portuqaliya) – “Antverpen” (Belçika)
Xal: Barselona – 9. Portu – 6. Şaxtyor – 3. Antverpen – 0.


