Super Liqa: “Samsunspor”dan təxirə salınan matçda əzmkar qələbə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 4-cü turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə matçında Super Liqanın iki autsayderi – “Samsunspor”la “İstanbulspor” komandaları üz-üzə gəliblər.

Samsunda keçirilən və üç qolun qeydə alındığı oyunda meydan sahibləri əzmkar qələbə qazanıblar. Hesabı ilk yarının sonlarında qonaqlar açıblar. Amma matçın sonlarında iki qol vurmağı bacaran “Samsunspor” İstanbul təmsilçisini məğlub yola salıb.

Bu qələbədən sonra “Samsunspor” 8 xalla 19-cu pillədə qərarlaşıb. “İstanbulspor” isə 5 xalla sonuncudur.

Türkiyə, Super Liqa
4-cü turun oyunu
8 noyabr

Samsunspor – İstanbulspor 2:1
Qollar: S.Aydoğdu, 70. A.Bennasser, 90+3 – E.Gültekin, 41.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: