“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının 12-ci turu “Mançester Siti” ilə oyun haqda gözləntilərini paylaşıb.
Arena.az “Çelsi”nin rəsmi saytına istinadən argentinalı mütəxəssisin bu xüsusda fikirlərini təqdim edir.
Xatırladaq ki, “Çelsi” “Mançester Siti”ni noyabrın 12-də qonaq edəcək.
“Pep” dünyanın ən yaxşı məşqçilərindən biridir və ona və onun çalışdırdığı komandaya qarşı oynamaq həmişə çətin olur. Bu, fantastik çağırışdır. Ancaq düşünürəm ki, “Çelsi” – “Mançester Siti” kimi bir oyunda onunla baş-başa gedə bilmək həqiqətən gözəl olacaq.
Əlbəttə, asan olmayacaq. Mübarizə aparmalıyıq. Biz çıxacağıq və əlimizdən gələni etməyə çalışacağıq. İstədiyimiz 3 xal qazanmaqdır, bizim üçün vacib olanı budur.
Məncə, “Çelsi” heç vaxt özünü autsayder kimi hiss etmir. Hər zaman “Çelsi” olduğunuz hissi var. “Çelsi”də olanda fərqli hiss etmək mümkün deyil, bu, tarixdir. Biz gedib bazar gününün qurbanı olduğumuzu deyə bilmərik. Biz gedib fərdiliyimizlə, xasiyyətimizlə əsas simalar olmağa çalışmalıyıq”, deyə Poçettino bildirib.
Hazırda “Mançester Siti” 11 turdan sonra 27 Premyer Liqanın lideridir. “Çelsi” isə 15 xalla 10-cu pillədə qərarlaşıb.
Vurğulayaq ki, 11-ci turda Maurisio Poçettinonun rəhbərliyi altında “zadəganlar” Angelos Psotekoqlunun çalışdırdığı lider “Tottenhem”ə səfərdə 4:1 hesabı ilə qalib gələrək, “mahmızlar”a mövsümün ilk məğlubiyyətini yaşadıblar. Məhz bunun nəticəsəində Qvardiolanın komandası Premyer Liqanın liderliyini ələ keçirib.


