Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 11-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Verder” – “Ayntraxt” matçında qalib müəyyənləşməyib.
Lider “Bayer” bu dəfə “Union Berlin”lə ev oyunundan 4 cavabsız qolla qalib ayrılıb.
“Leypsiq” də “Frayburq”u məğlub yola salıb.
Beləliklə, hazırda 31 xala malik “Bayer” vahid liderdir. “Bayern” 29 xalla ikinci, “Ştutqart” 24 xalla üçüncü pillədə qərarlaşıb. “Leypsiq”in 23, Dortmund “Borussiya”sının 21, “Hoffenhaym”ın 19, “Ayntraxt”ın 18, “Frayburq”un 14, Mönxenqladbax “Borussiya”sının, “Auqsburq”un və “Volfsburq”un 13, “Verder”in 11, “Haydenhaym”ın 10, “Boxum”un 9, “Darmştadt”ın 8 xalı var.
Almaniya, Bundesliqa
11-ci tur
10 noyabr
Borussiya (Mönxenqladbax) – Volfsburq 4:0
Qollar: Çvançara, 16. Rayts, 42. Honorat, 64. Plea, 71.
11 noyabr
Auqsburq – Hoffenhaym 1:1
Qollar: Demiroviç, 53 – Veqorst, 23.
Bayern – Haydenhaym 4:2
Qollar: Keyn, 14; 44. Gerrero, 72. Şupo-Motinq, 85 – Klayndienst, 67. Beste, 70.
Darmştadt – Maynts 0:0
Ştutqart – Borussiya (Dortmund) 2:1
Qollar: Undav, 42. Girassi, 83-pen – Fullkruq, 36.
Boxum – Köln 1:1
Qollar: Daşner, 25 – Selke, 54.
12 noyabr
Bayer – Union Berlin 4:0
Qollar: Qrimaldo, 23. Kossunu, 57. Ta, 73. Tella, 83.
Verder – Ayntraxt 2:2
Qollar: Dukş, 45+2-pen. Borre, 50 – Sxiri, 65. Smoçiç, 75.
Leypsiq – Frayburq 3:1
Qollar: Simons, 6. Openda, 78. Baumqartner, 80 – Rohl, 45+6.


