Noyabrın 11-də həndbol üzrə həm qadınlar, həm də kişilər arasında Azərbaycan çempionatının 2023/2024 mövsümünə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə kişilər arasında çempionatın 2, qadınlar arasında çempionatın isə bir qarşılaşması baş tutub.
Tura ötən gün keçirilmiş iki oyunla yekun vurulub.
Qeyd edək ki, həndbol üzrə sayca 30-cu Azərbaycan çempionatının oyunları “AHF Arena” və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilir.
Kişilər
11 noyabr
İdman Akademiyası – Dinamo 36:21
Azəryol – Qarabağ 22:25
12 noyabr
Kür – Təhsil 50:17
Qadınlar
11 noyabr
Bakı – İdman Akademiyası 22:33
12 noyabr
Kür – Qarabağ 24:25


