AÇ-2024: Bu gün 9-cu tura start veriləcək

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 9-cu tura start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qrup (A, F, G və J qrupları) üzrə 9 qarşılaşma baş tutacaq.

A qrupunda xalsız olan Kipr yığması İspaniya millisini, qonşu Gürcüstan isə Şotlandiya seçməsini qəbul edəcək.

F qrupunda Azərbaycan millisi doğma meydanda İsveçlə üz-üzə gələcək. Qrupun digər oyunu Estoniya və Avstriya yığmaları arasında baş tutacaq.

G qrupunda Bolqarıstan – Macarıstan və Monteneqro – Litva oyunları keçiriləcək.

J qrupunda lider Portuqaliya yığması Lixtenşteynin qonağı olacaq. Lüksemburq Bosniya və Herseqovinanı, Slovakiya isə İslandiya yığmasını qəbul edəcək.

Xatırladaq ki, artıq Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya və İngiltərə yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.

Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 9-cu tur
16 noyabr

A qrupu
21:00. Kipr – İspaniya
21:00. Gürcüstan – Şotlandiya

Xal: İspaniya – 15. Şotlandiya – 15. Norveç – 10. Gürcüstan – 7. Kipr – 0.

F qrupu
21:00. Azərbaycan – İsveç
21:00. Estoniya – Avstriya

Xal: Belçika – 17. Avstriya – 16. İsveç – 7. Azərbaycan – 4. Estoniya – 1.

G qrupu
21:00. Bolqarıstan – Macarıstan
23:45. Monteneqro – Litva

Xal: Macarıstan – 14. Serbiya – 13. Monteneqro – 8. Litva – 6. Bolqarıstan – 2.

J qrupu
23:45. Lixtenşteyn – Portuqaliya
23:45. Lüksemburq – Bosniya və Herseqovina
23:45. Slovakiya – İslandiya

Xal: Portuqaliya – 24. Slovakiya – 16. Lüksemburq – 11. İslandiya – 10. Bosniya və Herseqovina – 9. Lixtenşteyn – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: