Futbol üzrə Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində keçiriləcək Belçika – Azərbaycan matçının hakim təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, UEFA Brüsseldə reallaşacaq bu görüşü Macarıstandan olan hakimlər briqadasına həvalə edib.
Qarşılaşmanın baş hakimi FIFA referisi Gerqo Boqar olacaq. Ona yan xətt hakimləri Teodoros Georgiu və Balaş Salai kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ferents Karako yerinə yetirəcək.
Xatırladaq ki, noyabrın 19-da Brüsseldəki “King Baudouin Stadium”da baş tutacaq Belçika – Azərbaycan matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsinin F qrupunda yer alan Azərbaycan millisi 6 oyuna topladığı 4 xalla 4-cü pillədə qərarlaşıb. Belçika yığması isə 17 xalla birincidir. Bu qrupda Avstriya (16 xal), İsveç (7 xal) və Estoniya (1 xal) da var.


