Bu gün – noyabrın 16-da voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının (Yüksək Liqa) 2023/2024 mövsümünə start verilib.
Arena.az xəbər verir ki, mövsümün və 1-ci turun ilk oyununda “Neftçi” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.
Bu qarşılaşmaya saat 15:00-da start verilib. “Neftçi” bu oyunun yekununda 1:3 hesablı məğlubiyyətə üzülüb.
Saat 17:30-da isə “Azərreyl” və MOİK komandaları görüşüblər. “Azərreyl” bu oyundan quru hesabla qalib ayrılıb.
Qeyd edək ki, hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.
Yüksək Liqa
1-ci tur
16 noyabr
“Neftçi” – “Murov Az Terminal” 1:3 (20:25, 25:21, 29:31, 17:25)
“Azərreyl” – MOİK 3:0 (25:15, 25:15, 25:16)


