Marselo Qalyardo “Əl-İttihad”ı çalışdıracağını təsdiqlədi

Aregntinalı mütəxəssis Marselo Qalyardo Səudiyyə Ərəbistanının “Əl-İttihad”ına baş məşqçi təyin ediləcəyi bağlı xəbərləri şərh edib.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrizio Romanoya istinadən məlumat verir:

“Əl-İttihad”ın təklifini qəbul edəcəyəm, artıq qərar verilib. O cümlədən şəxsi səbəblərdən. Maraqlı çempionatda nəhəng layihə məni köklədi.

Bu cür işləmək, fikrimi və məşq baxışımı həmişəlik dəyişəcək. Mən buna yeni çağırış kimi baxıram və bu, məni toparlayır. Məşqçiliyə qayıtmaq üçün səbrsizəm”, deyə “River Pleyt”in sabiq çalışdırıcısı bildirib.

Marselo Qalyardo məşqçilik karyerası ərzində cəmi iki komandada – Uruqvay “Nasyonal”ı və Argentinanın “River Pleyt” klublarında çalışıb. 47 yaşlı mütəxəssis “River Pleyt”i 8 il çalışdırıb. Mütəxəssisin rəhbərliyi altında “River Pleyt” Argentina çempionu və 2 dəfə Libertadores Kubokunun qalibi olub. Ümumilikdə, Qalyardo “River Pleyt”lə 13 kubok qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: