Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.
Matçın qalibi 3 setdə müəyyən olunub. Qarşılaşmaya daha yaxşı başlayan “Azərreyl” üstünlüyünü sonadək qoruyub və quru hesabla qələbə qazanıb – 3:0 (25:22, 25:23, 31:29).
Hazırda turnir cədvəlinə 6 xalla “Azərreyl” liderlik edir. “Neftçi” və “Murov Az Terminal” hərəyə 3 xalla ikinci-üçüncü yerləri bölüşürlər. Keçirdiyi hər iki matçda məğlub olan MOİK-in xalı yoxdur. Şuşa və Laçının “Xarı Bülbül” komandaları isə hələ ki, bu mövsüm çempionatda oyun keçirməyiblər.
Yüksək Liqa
23 noyabr
“Azərreyl” – “Murov Az Terminal” 3:0 (25:22, 25:23, 31:29)


