18 yaşadək qızlardan ibarət voleybol üzrə Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışın beşinci günündə komandamızın rəqibi polşalı voleybolçular olublar.
Qarşılaşma Polşa yığmasının 3:0 qələbəsi ilə yekunlaşıb. Millimiz yenə quru hesabla uduzub – 0:3 (7:25, 10:25, 7:25).
Xatırladaq ki, Azərbaycan millisi daha öncə meydan sahibi Latviyaya, həmçinin Ukrayna, Estoniya və Litva ilə görüşlərdə də 0:3 hesablı məğlubiyyətə üzülmüşdü.
Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv noyabrın 26-na qədər davam edəcək çempionatda Gürcüstan yığması ilə də qarşılaşacaq.
AÇ-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


