Bundesliqa: “Bayer” “Verder”ə də darmadağınla qalib gəldi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Günün ilk matçı Dortmund və Mönxenqladbax “Borussiya”ları arasında keçirilib. Qonaqların iki erkən qol vurmasına baxmayaraq, qalan dəqiqələrdə ardıcıl dörd qola imza atan dortmundlular bu oyundan inamlı və əzmkar qələbə ilə ayrılıblar.

“Frayburq” – “Darmştadt” və “Union Berlin” – “Auqsubrq” matçlarında qalib müəyyənləşməyib.

“Volfsburq” evdə “Leypsiq”ə qalib gəlibsə, “Ayntraxt” doğma meydanda “Ştutqart”a məğlub olub.

Səfərdə “Verder”lə üz-üzə gələn lider “Bayer” isə bu dəfə də darmadağınla qalib gəlib.

12-ci tura bazar günündə keçiriləcək iki oyunla yekun vurulacaq.

Almaniya, Bundesliqa
12-ci tur
24 noyabr

Köln – Bayern 0:1
Qol: Keyn, 20.

25 noyabr

Borussiya (Dortmund) – Borussiya (Mönxenqladbax) 4:2
Qollar: Zabitser, 30. Fullkruq, 32. Bayno-Gittens, 45. Malen, 90+7 – Rayts, 13. Kone, 28.

Frayburq – Darmştadt 1:1
Qollar: Holer, 35 – Honsak, 18.

Union Berlin – Auqsubrq 1:1
Qollar: Volland, 88 – Demiroviç, 39.

Verder – Bayer 0:3
Qollar: Deman, 9-öz qapısına. Frimponq, 43. Qrimaldo, 76.

Volfsburq – Leypsiq 2:1
Qollar: Vind, 9. Rocerio, 66 – Poulsen, 52.

Ayntraxt – Ştutqart 1:2
Qollar: Anton, 26-öz qapısına – Undav, 1; 45+1.

26 noyabr

18:30. Haydenhaym – Boxum
20:30. Hoffenhaym – Maynts

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: