Poçettino “Çelsi”nin darmadağınına şərh verdi

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandasının İngiltərə Premyer Liqasının 13-cü turunda “Nyukasl”a məğlubiyyətindən (1:4) danışıb.

Arena.az BBC-yə istinadən argentinalı mütəxəssisin bu barədə fikirlərini diqqətinizə çatdırır:

“Bu mövsüm ən pis oyunumuzdur. Tribunalarda olmaq çətin idi. Bununla belə, nəticədən şikayət etməyə haqqımız yoxdur. Əvvəldən rəqibin oyununu oxuya bilmirdik. Biz kifayət qədər fəal və enerjili hərəkət etmirdik. “Nyukasl” üçün hər şey çox asan idi. Ona görə də oyunumuzdan narazıyam.

İnkişaf etmək üçün belə ağrılı məğlubiyyətlərə ehtiyacı olan gənc komandamız var. Sabah səhər məşq edəcəyik, istirahət günü olmayacaq. Ayrı-ayrı oyunçuları günahlandırmaq olmaz – biz bütöv bir tamıq”, deyə Poçettino bilirib.

Premyer Liqanın 13 turundan sonra “Nyukasl” 23 xalla turnir cədvəlinin 5-ci pilləsində, “Çelsi” isə 16 xalla 10-cu pilləsində qərarlaşıb. Çempionata 30 xalla “Arsenal” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: