18 yaşadək qızlardan ibarət voleybol üzrə Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışın sonuncu günündə komandamızın rəqibi gürcüstanlı voleybolçular olublar.
Qarşılaşma Gürcüstan yığmasının 3:0 qələbəsi ilə yekunlaşıb. Millimiz yenə quru hesabla uduzub – 0:3 (11:25, 9:25, 12:25).
Xatırladaq ki, Azərbaycan millisi daha öncə meydan sahibi Latviyaya, həmçinin Ukrayna, Estoniya, Litva və Polşa ilə görüşlərdə də 0:3 hesablı məğlubiyyətə üzülmüşdü.
Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv bu nəticələrdən sonra sonuncu olub.
AÇ-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


