Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Antalyaspor” – “Rizəspor” matçında qapılara qol vurulmayıb. “Kayserispor” – “Adana Dəmirspor” matçında da qalib müəyyənləşməyib.
Səfərdə “Samsunspor”la qarşılaşan “Beşiktaş” çətin qələbəyə sevinib. “Fənərbaxça” da “Fatih Karagümrük”ə qalib gəlib.
Turun qalan görüşləri 27 noyabrda keçiriləcək.
Türkiyə, Super Liqa
13-cü tur
25 noyabr
İstanbulspor – Hatayspor 2:1
Qollar: Loşay, 26. Mamadu, 79 – Dadaşov, 48-pen.
Qaziantep – Ankaragücü 0:1
Qol: A.Uludağ, 45+4.
Konyaspor – Kasımpaşa 2:0
Qollar: Çikalleşi, 64. Gilyerme, 77.
Qalatasaray – Alanyaspor 4:0
Qollar: İkardi, 37. Mertens, 45; 59. Zaha, 70.
26 noyabr
Kayserispor – Adana Dəmirspor 1:1
Qollar: Morte, 73 – Y.Erdoğan, 45+2.
Antalyaspor – Rizəspor 0:0
Samsunspor – Beşiktaş 1:2
Qollar: Marius, 25 – C.Tosun, 17. Colli, 84.
Fənərbaxça – Fatih Karagümrük 2:1
Qollar: Tadiç, 48-pen; 58 – C.Keleş, 39.
27 noyabr
21:00. Başakşəhər – Pendiskpor
21:00. Sivasspor – Trabzonspor


