Yüksək Liqa: AVF 3-cü turun oyun cədvəlini açıqladı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunlarının vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Yüksək Liqada 3-cü turun qarşılaşmaları noyabrın 28-də və 29-da baş tutacaq.

Noyabrın 28-də turun iki qarşılaşması keçiriləcək. Əvvəlcə “Milli Aviasiya Akademiyası” komandası “Abşeron”la üz-üzə gələcək. Görüş saat 15:00-da başlayacaq. Üç saat sonra isə “Gəncə” klubu UNEC-in qonağı olacaq.

Noyabrın 29-da isə turun son matçı “Azərreyl” və “Murov Az Terminal” komandaları arasında olacaq. Oyunun start fiti saat 15:00-da veriləcək.

Qeyd edək ki, hər üç oyun Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Yüksək Liqa
3-cü tur

28 noyabr

15:00. “Milli Aviasiya Akademiyası” – “Abşeron”
18:00. UNEC – “Gəncə”

29 noyabr

15:00. “Azərreyl” – “Murov Az Terminal”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: