Voleybol üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Arena.az xəbər verir ki, yarış 2024-cü ildə keçiriləcək Avropa çempionatına seçmə xarakteri daşıyır.
Belə ki, qrupda birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinə vəsiqə qazanacaq.
Azərbaycan millisi Polşa, Ukrayna, Latviya, Estoniya və Gürcüstan yığmaları ilə bir qrupda mübarizə aparacaq. Bu qrupun oyunları Gürcüstanın Telavi şəhərində təşkil olunacaq.
Voleybol millimizin oyunlarının təqvimi belədir:
5 dekabr
15:00. Polşa – Azərbaycan
6 dekabr
15:00. Azərbaycan – Ukrayna
7 dekabr
12:00 Latviya – Azərbaycan
8 dekabr
12:00. Azərbaycan – Estoniya
9 dekabr
18:00. Gürcüstan – Azərbaycan


