Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, 3-cü turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə “Milli Aviasiya Akademiyası” komandası “Abşeron”la üz-üzə gəlib. Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş dörd set davam edib. Yekunda “Abşeron” komandası qalib gəlib. Eyni məkanda “Gəncə” ilə UNEC-in arasındakı oyunda isə gəncəlilər qələbə qazanıblar.
Noyabrın 29-da keçiriləcək turun son matçında “Azərreyl” və “Murov” komandaları qarşılaşacaqlar. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək oyunun start fiti saat 15:00-da səslənəcək.
Yüksək Liqa
3-cü tur
28 noyabr
“Milli Aviasiya Akademiyası” – “Abşeron” 1:3 (17:25, 27:25, 16:25, 17:25)
UNEC – “Gəncə” 0:3 (8:25, 19:25, 19:25)
29 noyabr
15:00. “Azərreyl” – “Murov Az Terminal”


