Yüksək Liqa: “Neftçi” “Azərreyl”ə məğlub oldu

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüşdə “Azərreyl” və “Neftçi” komandaları üz-üzə gəliblər.

Turnir cədvəlinə liderlik edən “Azərreyl”in üstünlüyü ilə başlayan oyun gərgin mübarizə şəraitində keçib. Tay-brekə kimi davam edən matçda “Azərreyl” rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

Yüksək Liqa
29 noyabr

“Neftçi” – “Azərreyl” 2:3 (31:33, 29:27, 16:25, 25:17, 12:15)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: