Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyununda “Murov” Yüksək Liqanın debütantı “Xarı Bülbül” (Laçın) komandası ilə üz-üzə gəlib.
Azərbaycan Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan matç gərginliyi ilə yadda qalıb. Komandaların hərəsi iki set qazandığından qalib tay-brekdə müəyyən olunub. Bu hissədə daha dəqiq oynayan “Murov” görüşün qalibi olub.
Hazırda 8 xala malik “Azərreyl” turnir cədvəlinə liderlik edir. “Murov” 5 xalla ikinci, hərəyə 4 xalı olan “Neftçi” və “Xarı Bülbül” (Laçın) komandaları üçüncü və dördüncü yerləri tuturlar. Keçirdiyi hər üç matçda məğlub olan MOİK-in isə xalı yoxdur. “Xarı Bülbül” (Şuşa) komandası isə hələ ki, çempionatda oyun keçirməyib.
Yüksək Liqa
1 dekabr
“Murov” – “Xarı Bülbül” (Laçın) 3:2 (25:19, 18:25, 23:25, 25:21, 16:14)


