Bu gün qadınlar arasında keçirilən həndbol üzrə Azərbaycan çempionatında 2023/2024 mövsümünün 4-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Qarabağ” “İdman Akademiyası” komandasını 43:16 hesabı ilə məğlub edib. Növbəti matçda isə “Azəryol” isə “Bakı”ya qalib gəlib – 42:7.
4-cü turun “Gənclər Birliyi” – “Kür” görüşü dekabrın 9-da baş tutacaq. Həmin gün kişilərin yarışında da iki matç keçiriləcək. “Azəryol” “Kür”ü, “Qarabağ” isə “Bakı”nı sınağa çəkəcək. Bütün qarşılaşmalar “AHF Arena” İdman Kompleksində keçiriləcək.
Həndbol, Azərbaycan çempionatı
4-cü tur
Qadınlar
2 dekabr
“İdman Akademiyası” – “Qarabağ” 16:43
“Bakı” – “Azəryol” 7:42
9 dekabr
12:00. “Gənclər Birliyi” – “Kür”
Kişilər
9 dekabr
14:00. “Azəryol” – “Kür”
16:00. “Qarabağ” – “Bakı”


