Super Liqa: “Qalatasaray” inamlı qələbə ilə zirvədə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 14-cü turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Alanyaspor” – “Konyaspor” matçında qalib müəyyənləşməyib.

Beş qolun vurulduğu “Rizəspor” – “Başakşəhər” oyununda ev sahibləri, “Adana Dəmirspor” – “Samsunspor” oyununda isə qonaqlar qələbə qazanıblar. Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Adana Dəmirspor”un heyətində 90 dəqiqə meydanda olub və qapısında üç top görüb.

Son çempion “Qalatasaray” isə “Pendikspor” səfərində inamlı qələbə qazanıb və liderliyə yüksəlib.

Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə, Super Liqa
14-cü tur
1 dekabr

Hatayspor – Antalyaspor 3:3
Qollar: Strandberq, 19. K.Alıcı, 62. Kilama, 71 – E.Yeşilyurt, 35. Buksa, 57; 88-pen.

Fatih Karagümrük – İstanbulspor 3:0
Qollar: Yensen, 45-öz qapısına. Mendes, 49. C.Keleş, 53.

2 dekabr

Alanyaspor – Konyaspor 2:2
Qollar: Kordova, 28. Novais, 39-pen – Çikaldau, 32. Muriç, 52.

Rizəspor – Başakşəhər 3:2
Qollar: Olavoyin, 13; 90+2. Vareşanoviç, 17 – Pyontek, 6. Opoku, 45+2.

Adana Dəmirspor – Samsunspor 2:3
Qollar: Nyanq, 27-pen. Barasi, 70 – Ntçam, 35-pen. Holse, 45+4. Marius, 64.

Pendikspor – Qalatasaray 0:2
Qollar: Bakambu, 69. Ziyeş, 82.

3 dekabr

14:30. Kasımpaşa – Qaziantep
17:00. Trabzonspor – Kayserispor
20:00. Ankaragücü – Beşiktaş

4 dekabr

21:00. Fənərbaxça – Sivasspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: