Yüksək Liqa: “Neftçi” Şuşa “Xarı Bülbül”ünə uduzdu

Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) daha bir oyun baş tutub.

Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüşdə “Neftçi” və “Xarı Bülbül” (Şuşa) komandaları üz-üzə gəliblər.

Ölkəmizi avrokuboklarda təmsil etmiş Şuşa klubu çempionatdakı ilk qarşılaşmasına yaxşı başlayıb və birinci seti 25:21 hesabı ilə aktivinə yazıb. Gərgin keçən ikinci hissədə isə “Neftçi” 27:25 hesabı ilə üstün olub. Şuşa təmsilçisi yenidən təşəbbüsü ələ keçirərək növbəti setləri də qalib başa vurub – 25:15, 25:18. Beləliklə, Şuşa “Xarı Bülbül”ü 3:1 hesablı qələbə ilə həm də çempionatda ilk xallarını qazanıb.

Qeyd edək ki, turnir cədvəlinə 8 xalla “Azərreyl” başçılıq edir. “Murov” 5 xalla ikinci, hərəyə 4 xal toplamış “Neftçi” və “Xarı Bülbül” (Laçın) komandaları üçüncü və dördüncü yerləri bölüşürlər. 3 xalı olan “Xarı Bülbül” (Şuşa) 5-ci, keçirdiyi bütün oyunlarda məğlub olan MOİK isə sonuncu pillədə qərarlaşıb.

Yüksək Liqa
2 dekabr

“Neftçi” – “Xarı Bülbül” (Şuşa) 1:3 (21:25, 27:25, 15:25, 18:25)

Xəbəri sosial şəbəkələrdə paylaş: