Bundesliqa: “Bayer” “Borussiya” ilə matçda xal itirdi – Video

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 13-cü turunun sonuncu oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Maynts” doğma meydanda “Frayburq”a minimal hesabla məğlub olub. “Auqsburq” “Ayntraxt”la ev oyunundan qələbə ilə ayrılıb.

Lider “Bayer” isə Leverkuzendə Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Beləliklə, 13 turdan sonra 35 xala malik “Bayer” vahid liderdir. “Bayern” 32 xalla ikinci, “Ştutqart” 30 xalla üçüncü pillədə qərarlaşıb. “Leypsiq”in 26, Dortmund “Borussiya”sının 25, “Hoffenhaym”ın 20, “Ayntraxt” və “Frayburq”un 18, “Auqsburq”un 17, Mönxenqladbax “Borussiya”sı və “Volfsburq”un 16, “Boxum”un 13, “Verder” və “Haydenhaym”ın 11, “Köln” və “Darmştadt”ın 9, “Maynts”ın 8, sonuncu olan “Union Berlin”in isə 7 xalı var.

Almaniya, Bundesliqa
13-cü tur
1 dekabr

Darmştadt – Köln 0:1
Qol: Selke, 60.

2 dekabr

Bayern – Union Berlin matçı təxirə salınıb

Borussiya (Mönxenqladbax) – Hoffenhaym 2:1
Qollar: Plea, 58-pen. Nqumu, 80 – Veqorst, 60.

Boxum – Volfsburq 3:1
Qollar: Osterhaq, 19. Bernardo, 39. Adjey, 87 – Svanberq, 45+1.

Leypsiq – Haydenhaym 2:1
Qollar: Openda, 29. Poulsen, 44 – Gimber, 45+2.

Ştutqart – Verder 2:0
Qollar: Undav, 17. Girassi, 75.

3 dekabr

Maynts – Frayburq 0:1
Qol: Qreqoriç, 70.

Bayer – Borussiya (Dortmund) 1:1
Qollar: Bonifase, 79 – Ryerson, 5.

Auqsburq – Ayntraxt 2:1
Qollar: Yensen, 35. Yaqo, 58 – Damen, 78-öz qapısına.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: