Türkiyənin “Sivasspor” klubu Super Liqanın 14-cü turunda “Fənərbaxça”ya qarşı keçirdikləri oyunun hakimliyindən narazı qalıb.
Arena.az məlumat verir ki, Sivas təmsilçisi İstanbulda qonaq olduqları matçda 1:4 hesabı ilə məğlub olub.
“Sivasspor”un sözçüsü Gökhan Karagöl matçın hakimliyi ilə əlaqədar açıqlamalar verib:
“Kadıköydə Türkiyə futbolu üçün qara bir gecə idi. Penaltimiz verilmədi. Onların vurduğu qolda futbolçumuzun ayağına zərbə var idi. VAR Kadıköydə də açıq-aydın yoxdur. Matçların nəticələri əvvəlcədən müəyyən edilirmi? Biz bunu anlamırıq”.
Xatırladaq ki, 14 turdan “Fənərbaxça” 37 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıbsa, “Sivasspor” 15 xalla 13-cüdür.
Nihad Əsədov


