Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 4-cü turun daha bir oyunu baş tutub.
Arena.az xəbər verir ki, günün yeganə matçında “Abşeron” və “Gəncə” komandaları üz-üzə gəliblər.
Azərbaycan Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan oyun “Abşeron” komandasının üstünlüyü ilə keçib. Famil Ağayevin yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar.
Hazırda 12 xalı olan “Abşeron” turnir cədvəlinə liderlik edir.
“Azərreyl” və “Murov” 9 xalla 2-ci və 3-cü yerləri bölüşürlər. Hərəyə 3 xalı olan “Milli Aviasiya Akademiyası” və “Gəncə” 4-cü və 5-ci pillədə qərarlaşıblar. Sonuncu yerdə olan UNEC-in isə xalı yoxdur.
Yüksək Liqa
4-cü tur
6 dekabr
“Abşeron” – “Gəncə” 3:0 (25:19, 25:22, 25:21)


