Dekabrın 8-də futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün 5-ci təsnifat mərhələsinin püşkatma mərasimi təşkil olunub.
Arena.az xəbər verir ki, püşkatma nəticəsində azərbaycanlı futbolçuların komandalarının da növbəti mərhələdəki rəqibləri müəyyənləşib.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” 5-ci raundda aşağı liqa təmsilçisi “Ərzincanspor”la üz-üzə gələcək.
Milli komandamızın hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”u növbəti turda “Sakaryaspor”la görüş gözləyir.
Yığmamızın yarımmüdafiəçisi Coşqun Diniyevin komandası – “Ümraniyəspor”in bəxtinə daha güclü rəqib düşüb. Belə ki, Coşqunun komandası növbəti mərhələyə vəsiqə uğrunda Super Liqanın sonuncu qalibi “Qalatasaray”la mübarizə aparacaq.
Türkiyənin digər nəhənglərindən “Beşiktaş”ı “Eyüpspor”la, “Fənərbaxça”nı “Adanaspor”la, “Trabzonspor”u isə “Manisa” ilə qarşılaşma gözləyir.
Xatırladaq ki, Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin oyunları 9-11 yanvar (2024-cü il) aralığında keçiriləcək. Qələbə qazanan komandalar 1/8 finala vəsiqə əldə edəcəklər.
Türkiyə Kuboku
5-ci təsnifat mərhələsi
9-10-11 yanvar
Beşiktaş – Eyüpspor
Qalatasaray – Ümraniyəspor
Fənərbaxça – Adanaspor
Trabzonspor – Manisa
Fatih Karagümrük – Kırklarelispor
Başakşəhər – Boluspor
Alanyaspor – Samsunspor
Sivasspor – Keçiörengücü
Qaziantep – Bodrum
Ankaragücü – Rizəspor
Hatayspor – Sakaryaspor
Antalyaspor – Pendikspor
Kasımpaşa – Bandırmaspor
Kayserispor – Gənclərbirliyi
Konyaspor – Göztəpə
Adana Dəmirspor – Ərzincanspor


