Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 14-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Hoffenhaym” doğma meydanda “Boxum”la münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.
14-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
14-cü tur
8 dekabr
Hoffenhaym – Boxum 3:1
Qollar: Masoviç, 32-öz qapısına. Kramariç, 43. Bebu, 76 – Pasiensya, 90.
9 dekabr
18:30. Ayntraxt – Bayern
18:30. Haydenhaym – Darmştadt
18:30. Verder – Auqsburq
18:30. Union Berlin – Borussiya (Mönxenqladbax)
18:30. Volfsburq – Frayburq
21:30. Borussiya (Dortmund) – Leypsiq
10 dekabr
18:30. Ştutqart – Bayer
20:30. Köln – Maynts


