Super Liqa: “Trabzonspor”la “Alanyaspor”dan səfər qələbəsi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma keçirilib.

Tək qolun qeydə alındığı “İstanbulspor” – “Alanyaspor” oyununda qonaqlar, “Başakşəhər” – “Hatayspor” matçında isə ev sahibləri qələbəyə seviniblər. Millimizin üzvü Renat Dadaşov “Başakşəhər”lə matça start heyətdə başlayıb və sona qədər meydanda qalıb. Oyunun sonuna artırılan 9-cu dəqiqədə penalti qazanan “Hatayspor”da topun başına Dadaşov keçib, lakin penaltini dəqiq yerinə yetirə bilməyib. Nəticədə 1 qolluq üstünlüyünü qoruyan İstanbul təmsilcisi doğma meydanda qələbəyə sevinib.

“Kayserispor” “Pendikspor”la oyundan inamlı qələbə ilə ayrılıb. Son oyun isə “Qaziantep”lə “Trabzonspor” arasında baş tutub. Dörd qolun qeydə alındığı oyunda Trabzon təmsilçisi qələbə qazanıb.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Türkiyə, Super Liqa
15-ci tur
8 dekabr

Qalatasaray – Adana Dəmirspor 3:1
Qollar: Boey, 22. K.Aktürkoğlu, 29. M.İkardi, 90+4-pen – M.Nyanq, 45+4-pen.

9 dekabr

Antalyaspor – Fatih Karagümrük 2:1
Qollar: V.Sarı, 7. A.Buksa, 13 – G.Yalçın, 42.

Samsunspor – Kasımpaşa 4:2
Qollar: M.Mondulmaci, 11; 22. E.Kılınç, 60. O.Ntçam, 75 – Y.Özcan, 90+1. Da Kosta, 90+5.

Beşiktaş – Fənərbaxça 1:3
Qollar: A.Çembrleyn, 24-pen – E.Dzeko, 10. D.Tadiç, 63-pen. S.Şimanski, 90+6.

10 dekabr

İstanbulspor – Alanyaspor 0:1
Qollar: Novaiş, 89-pen.

Başakşəhər – Hatayspor 1:0
Qollar: M.Abeyd, 11.

Kayserispor – Pendikspor 2:0
Qollar: M.Tiam, 61. S.Bahoken, 90+1.

Qaziantep – Trabzonspor 1:3
Qollar: Draquş, 80 – M.Trezeqe, 48; 76. A.Bakasetas, 59.

11 dekabr

21:00. Ankaragücü – Rizəspor
21:00. Konyaspor – Sivasspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: