U-20: Azərbaycan millisi üçün Şaulyay sınağı

20 yaşadək qızlardan ibarət Azərbaycan millisi (U-20) Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Arena.az xəbər verir ki, 3-7 yanvar aralığında Litvanın Şaulyay şəhərində keçiriləcək yarışda ümumilikdə 6 ölkənin yığma komandası mübarizə aparacaq.

Azərbaycan millisi bu turnirdə Latviya, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.

AÇ-2024-ə seçmə xarakteri daşıyan turnirin reqlamentinə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: