20 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi (U-20) Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Arena.az xəbər verir ki, 10-14 yanvar aralığında Polşanın Qojuv-Velkopolski şəhərində keçiriləcək yarışda ümumilikdə 5 ölkənin yığma komandası mübarizə aparacaq.
Azərbaycan millisi bu yarışda Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri ilə qarşılaşacaq.
Qeyd edək ki, yarış AÇ-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


