Fuad Ağayev CEV kubokunun oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası tərəfindən yeni təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, həmyerlimiz CEV kubokunun 1/8 final mərhələsinin oyununa təyinat alıb. Belə ki, Fuad Ağayev kişi voleybolçulardan ibarət Türkiyənin “Arkas İzmir” və Çexiyanın “Cez Karlovarsko” klubları arasında baş tutacaq qarşılaşmada birinci hakim olacaq. Matçda ikinci hakim kimi italiyalı Rosselya Piana fəaliyyət göstərəcək.

Atatürk Voleybol Salonunda bu gün keçiriləcək oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: