Bu gün həndbol üzrə qadınlar arasında Azərbaycan çempionatında 2023/2024 mövsümünün 5-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk gündə “AHF Arena” İdman Kompleksində iki oyun keçirilib.
Lider “Qarabağ” yoluna itkisiz davam edir. Adı çəkilən komanda autsayderlər zonasında qərarlaşan “Bakı”nı asanlıqla məğlub edərək (41:12), ardıcıl 5-ci qələbəsini qazanıb.
“İdman Akademiyası” ilə “Gənclər Birliyi” arasında baş tutan mübarizədən isə birincilər qalib ayrılıblar. Rəqibinə 20:28 hesabı ilə uduzan “Gənclər Birliyi” bu dəfə də xala həsrət qalıb.
Xatırladaq ki, qadınların yarışında turun son oyunu dekabrın 16-da “Azəryol” və “Kür” komandaları arasında keçiriləcək. Dekabrın 16-17-də isə kişilər arasında həndol üzrə ölkə çempionatının 5-ci turunun qarşılaşmaları baş tutacaq.


