Azarkeşlər DFB-nin qərarı ilə bağlı etiraz tədbirləri keçirəcəklər

Almaniyada azarkeşlər Alman Futbol İttifaqının (DFB) kommersiya qərarı ilə bağlı etiraz tədbirləri keçirəcəklər.

Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.

Bu həftə sonu Almaniyada müxtəlif futbol klublarının azarkeşləri Alman Futbol İttifaqının yerli futbola kənar investorları cəlb etmək qərarına qarşı kütləvi etiraz tədbirləri keçirəcəklər. Bütün oyunların 1-ci dəqiqəsindən 12-ci dəqiqəsinə qədər azarkeşlərin nümayişkaranə surətdə susması nəzərdə tutulub.

“Biz Almaniya futbolunun satılmasını seyr etməyə hazır deyilik. Çox açıqlanmış 12-ci oyunçunun (azarkeşin) Alman Futbol Liqasının şübhəli investorlarla müqaviləsinin bir hissəsi olmağa hazır olmadığını aydınlaşdırmaq üçün biz 12 dəqiqə susacağıq”, – nəşr alman futbol azarkeşlərinin birgə bəyanatından sitat gətirir.

Nəzərinizə çatdıraq ki, DFB gələcək televiziya hüquqlarının 8%-ni özəl xarici investisiya şirkətlərinə satmaq niyyətindədir. Oxşar təşəbbüs bu ilin mayında təklif edilmişdi, amma sonra Birinci və İkinci Bundesliqa klublarının səs çoxluğu ilə rədd edilmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: