Azarkeşlər Bundesliqada söz verdikləri etiraza başladılar

Almaniyada azarkeşlər Alman Futbol İttifaqının (DFB) kommersiya qərarı ilə bağlı söz verdikləri etiraz tədbirlərinə başlayıblar.

Arena.az məlumat verir ki, İkinci Bundesliqa oyunu azarkeşlərin etirazına görə bir neçə dəfə yarımçıq qalıb.

Hər iki komandanın azarkeşləri “Paderborn” – “Hanza” (Rostok) oyununda (3:0) öncədən danışılmış həmrəylik nümayiş etdirərək, oyunun 1-ci dəqiqəsindən 12-ci dəqiqəsinə qədər nümayişkəranə surətdə susublar. Azarkeşlər bu üsulla yerli futbolu nümayiş etdirmək üçün yayım hüquqlarının bir hissəsini Alman Futbol İttifaqı tərəfindən özəl investisiya şirkətlərinə satmaq qərarına öz etirazlarını bu şəkildə ifadə ediblər.

Tədbirin 12-ci dəqiqəsində isə azarkeşlər meydanda atəşfəşanlıq etməyə başlayıblar. Vurğulanır ki, pirotexniki vasitələrdən çıxan qığılcım və alov meydanın ortasına qədər çatıb. Bundan sonra oyun davam etdirilsə də, 56-cı dəqiqədə “Hanza” azarkeşləri yenidən pirotexniki vasitələrdən istifadə etməyə başladığı üçün oyun yenidən yarımçıq qalıb. Azarkeşlərin bu davranışına baxmayaraq, oyun sonadək oynanılıb.

Nəzərinizə çatdıraq ki, Alman Futbol İttifaqı gələcək televiziya hüquqlarının 8%-ni özəl xarici investisiya şirkətlərinə satmaq niyyətindədir. Oxşar təşəbbüs bu ilin mayında təklif edilmişdi, amma sonra Birinci və İkinci Bundesliqa klublarının səs çoxluğu ilə rədd edilmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: