Bundesliqa: “Borussiya” yenə xal itirdi, “Leypsiq” qalib gəldi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

Səfərdə “Auqsburq”la qarşılaşan Dortmund “Borussiya”sı bu turu xal itkisi ilə başa vurub. Komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

“Boxum” “Union Berlin”i 3 cavabsız qolla məğlub edib. “Leypsiq” də “Hoffenhaym”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

“Darmştadt” – “Volfsburq” və “Maynts” – “Haydenhaym” matçlarının taleyini isə bir qol həll edib. Hər iki oyunda qonaqlar qələbə qazanıblar.

15-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
15-ci tur

15 dekabr

Borussiya (Mönxenqladbax) – Verder 2:2
Qollar: Reyts, 45; 49 – Borre, 7. Dukç, 76.

16 dekabr

Auqsburq – Borussiya (Dortmund) 1:1
Qollar: Demiroviç, 23 – Malen, 35.

Boxum – Union Berlin 3:0
Qollar: Asano, 45+5. Pasiensiya, 54. Ştoger, 78-pen.

Darmştadt – Volfsburq 0:1
Qol: Mayer, 63.

Maynts – Haydenhaym 0:1
Qol: Pyeringer, 12.

Leypsiq – Hoffenhaym 3:1
Qollar: Klostermann, 34. Forsberq, 70. Simakan, 74 – O.Kabak, 42.

17 dekabr

18:30. Frayburq – Köln
20:30. Bayer – Ayntraxt
22:30. Bayern – Ştutqart

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: