Bundesliqa: “Bayern” və “Bayer”dən darmadağın

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Frayburq” doğma meydanda “Köln” üzərində inamlı qələbəyə sevinib. Lider “Bayer” bu dəfə “Ayntraxt”ı darmadağınla yola salıb. Son çempion “Bayern” da “Ştutqart”la oyunda 3 cavabsız qolla qalib gəlib.

Beləliklə, 15 turdan sonra “Bayer” 39 xalla vahid liderdir. “Bayern” 35 xalla ikinci, “Leypsiq” isə 32 xalla üçüncü pillədə qərarlaşıb. “Ştutqart”ın 31, Dortmund “Borussiya”sının 26, “Frayburq”un 26, “Hoffenhaym”ın 23, “Ayntraxt”ın 21, “Volfsburq”un 19, “Auqsburq”un 18, Mönxenqladbax “Borussiya”sı ilə “Haydenhaym”ın 17, “Boxum”un 16, “Verder”in 15 xalı var. Son pillələrdə yer alan “Union Berlin”lə “Köln” cəmi 10 xal toplayıblarsa, aşkar autsayderlər – “Maynts” və “Darmştatd” 9 xala malikdilər.

Almaniya, Bundesliqa
15-ci tur
15 dekabr

Borussiya (Mönxenqladbax) – Verder 2:2
Qollar: Reyts, 45; 49 – Borre, 7. Dukç, 76.

16 dekabr

Auqsburq – Borussiya (Dortmund) 1:1
Qollar: Demiroviç, 23 – Malen, 35.

Boxum – Union Berlin 3:0
Qollar: Asano, 45+5. Pasiensiya, 54. Ştoger, 78-pen.

Darmştadt – Volfsburq 0:1
Qol: Mayer, 63.

Maynts – Haydenhaym 0:1
Qol: Pyeringer, 12.

Leypsiq – Hoffenhaym 3:1
Qollar: Klostermann, 34. Forsberq, 70. Simakan, 74 – O.Kabak, 42.

17 dekabr

Frayburq – Köln 2:0
Qollar: Qreqoriç, 72. Sallai, 90+5.

Bayer – Ayntraxt 3:0
Qollar: Bonifase, 14. Frimponq, 51. Virts, 57.

Bayern – Ştutqart 3:0
Qollar: Keyn, 2; 45+2. K.M.Jae, 63.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: