Elşad Məmmədov “Şəfa”nın yeni baş məşqçisi təyin olundu

Futbol üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparan “Şəfa” komandasını bundan sonra Elşad Məmmədov çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında müqavilənin müddəti açıqlanmasa da, mövsümün qalan hissəsində komandanı meydana məhz Elşad Məmmədovun çıxaracağı diqqətə çatdırılıb. Məmmədov əvvəllər AZAL, “Turan”, “Sabah”, hətta “Real Madrid” akademiyasında təcrübə keçib.

Xatırladaq ki, “Şəfa” bu mövsümə Tural Rzayevin rəhbərliyi altında başlamışdı. Lakin elə ilk turda “Baku Sportinq”ə 2:4 hesablı məğlubuyyətdən sonra o, bu klubdan ayrılmışdı. Bu üzdən “Şəfa” bir neçə gün öncə başa çatan ilk dövrənin sonuna qədər məşqçi Əli Əliyevin rəhbərliyi altında mübarizə aparmaq məcburiyyətində qalmışdı.

“Şəfa” ilk dövrədə keçirdiyi 14 oyunda cəmi 1 qələbə qazanıb, 1 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb. Paytaxt təmsilçisi dövrəni 4 xalla 14 iştirakçı arasında sonuncu pillədə başa vurub”.

Xəbəri sosial şəbəkələrdə paylaş: