“Jirona” İspaniya nəhənglərinin nəticəsini təkrarladı

La Liqanın 17-ci turunda evdə “Alaves”lə oyunda qazandığı qələbə (3:0) sayəsində “Jirona” milli çempionatda öz nəticələrini yaxşılaşdırıb.

Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, sözügedən komanda hələ 16-cı turdan sonra 41 xal qazanmaqla, buna qədər yalnız “Real”, “Barselona” və “Atletiko Madrid”in nail olduğu göstəriciyə çata bilmişdi.

17-ci turda qazanılmış qələbə sayəsində xal ehtiyatını 44-ə çatdırmış “Jirona”, klub tarixinin ən yaxşı nəticəsinə nail olmaqla yanaşı, İspaniya futbolunun nəhənglərinin göstəricisini yenə də təkrarlamış olub.

Hazırda Kataloniya təmsilçisi La Liqanın turnir cədvəlinə başçılıq edir. 2-ci yerdə İspaniya nəhəngi “Real” qərarlaşıb. İlk üçlüyü isə 35 xalla Kataloniya nəhəngi “Barselona” qapayır.

Növbəti, 18-ci turda “Jirona” “Betis”lə qarşılaşacaq. Oyun dekabrın 21-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: