Bundesliqa: “Borussiya” ardıcıl 4-cü matçda xal itirdi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 16-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Verder” doğma meydanda “Leypsiq”lə qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Dortmund “Borussiya”sı da “Maynts”la ev oyununda oxşar nəticə ilə kifayətlənib. Bununla da sözügedən komanda ardıcıl dördüncü oyundan xal itkisi ilə ayrılıb (1 məğlubiyyət, 3 heç-heçə).

İlk oyun gününün daha məhsuldar alınan “Hoffenhaym” – “Darmştadt” matçı da bərabərliklə yekunlaşıb. Bu oyunda komandalar 3 qol vurduqları halda sonda 1 xalla kifayətləniblər.

16-cı turun qalan qarşılaşmaları dekabrın 20-də keçiriləcək.

Almaniya, Bundesliqa
16-cı tur

19 dekabr

Verder – Leypsiq 1:1
Qollar: Njinma, 75 – Openda, 47.

Borussiya (Dortmund) – Maynts 1:1
Qollar: Brandt, 29 – Van den Berq, 43.

Hoffenhaym – Darmştadt 3:3
Qollar: Kramariç, 14-pen. Bebu, 28; 66 – Pfeyffer, 23. Şkarke, 57; 85.

20 dekabr

21:30. Union Berlin – Köln
23:30. Bayer – Boxum
23:30. Ayntraxt – Borussiya (Mönxenqladbax)
23:30. Haydenhaym – Frayburq
23:30. Ştutqart – Auqsburq
23:30. Volfsburq – Bayern

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: