Super Liqa: “Qalatasaray” və “Fənərbaxça”dan çətin qələbə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

Yeddi qolun vurulduğu “Kayserispor” – “Fənərbaxça” matçında qonaq komanda qələbəyə sevinib.

“Qalatasaray” doğma meydanda “Fatih Karagümrük” üzərində minimal hesablı qələbə qazanıb.

“Antalyaspor” – “Kasımpaşa” matçı isə qolsuz bərabərliklə yekunlaşıb.

17-ci tura sabah keçiriləcək dörd oyunla yekun vurulacaq.

Türkiyə, Super Liqa
17-ci tur
19 dekabr

Başakşəhər – Sivasspor 3:1
Qollar: Pyontek, 45; 51. Pelkas, 62 – Says, 26.

Qaziantep – Adana Dəmirspor 2:2
Qollar: A.Kızıldağ, 17. Markoviç, 54 – E.Akbaba, 71. Akintola, 73.

İstanbulspor – Trabzonspor 1:2 (matç yarıda qalıb)
Qollar: M.Sarıkaya, 39 – Trezeqe, 11. Onuaçu, 68.

20 dekabr

Kayserispor – Fənərbaxça 3:4
Qollar: O.Kemen, 45+4. Tiam, 56-pen. M.Kardozo, 73 – C.Ünder, 8. Batşuayi, 40; 50; 79-pen.

Antalyaspor – Kasımpaşa 0:0

Qalatasaray – Fatih Karagümrük 1:0
Qol: K.Aktürkoğlu, 40.

21 dekabr

18:00. Rizəspor – Pendikspor
18:00. Samsunspor – Konyaspor
21:00. Ankaragücü – Hatayspor
21:00. Beşiktaş – Alanyaspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: