Bundesliqa: “Bayer”dən asan, “Bayern”dən çətin qələbə

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

“Union Berlin” “Köln”ü, “Ayntraxt” Mönxenqladbax “Borussiya”sını, “Haydenhaym” da “Frayburq”u məğlub yola salıb.

Lider “Bayer” “Boxum”u 4 cavabsız qolla məğlub edib. Liderlər qrupunda qərarlaşmış “Ştutqart” da “Auqsburq” üzərində darmadağına sevinib.

Son çempion “Bayern” isə səfərdə “Volfsburq”a qalib gəlib.

Beləliklə, 16 turdan sonra 42 xala malik “Bayer” vahid liderdir. “Bayern” 38 xalla ikinci, “Ştutqart” 34 xalla üçüncü pillədə qərarlaşıb. “Leypsiq”in 33, Dortmund “Borussiya”sının 27, “Ayntraxt”, “Hoffenhaym” və “Frayburq”un 24, “Haydenhaym”ın 20, “Volfsburq”un 19, “Auqsburq”un isə 18 xalı var.

Almaniya, Bundesliqa
16-cı tur
19 dekabr

Verder – Leypsiq 1:1
Qollar: Njinma, 75 – Openda, 47.

Borussiya (Dortmund) – Maynts 1:1
Qollar: Brandt, 29 – Van den Berq, 43.

Hoffenhaym – Darmştadt 3:3
Qollar: Kramariç, 14-pen. Bebu, 28; 66 – Pfeyffer, 23. Şkarke, 57; 85.

20 dekabr

Union Berlin – Köln 2:0
Qollar: Hollerbax, 55. Fofana, 78.

Bayer – Boxum 4:0
Qollar: P.Şik, 30-pen; 32; 45+1. Bonifase, 69.

Ayntraxt – Borussiya (Mönxenqladbax) 2:1
Qollar: Buta, 90+2. Kox, 90+7 – Vöber, 27.

Haydenhaym – Frayburq 3:2
Qollar: E.Dinkci, 52. Kleyndinst, 84. Ginter, 90+2-öz qapısına – Holer, 7; 64-pen.

Ştutqart – Auqsburq 3:0
Qollar: Undav, 18. Girassi, 45+1. Fuhrix, 69.

Volfsburq – Bayern 1:2
Qollar: Arnold, 45+1 – Musiala, 33; Keyn, 43.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: