“Bayer” Almaniya Bundesliqasının 16-cı turunda doğma meydanda “Bohum”la qarşılaşıb və böyükhesablı qələbə qazanıb – 4:0.
Arena.az məlumat verir ki, “əczaçılar” cari mövsümdə bütün yarışlarda 25 oyunda məğlub olmayıblar – 22 qələbə və 3 heç-heçə.
“Opta Sports” statistik internet-portalına görə, “Bayer” Almaniyanın peşəkar futbol tarixində mövsümə ardıcıl 25 oyunda məğlubiyyətsiz başlamış ilk komanda olub.
Həmçinin Leverkuzen təmsilçisi 2023-cü ildə milli çempionatda 35 oyundan 22-də qalib gələrək, Bundesliqada bir təqvim ilində qazanılmış qələbələrin sayına görə klub rekordunu da yeniləyib.
Bundesliqanın 16 turundan sonra “Bayer” milli çempionatın turnir cədvəlinə başçılıq edir. Almaniya Kubokunda “Bayer” artıq üç tur keçərək 1/4 finala yüksəlib. Avropa Liqasında isə Xabi Alonsonun yetirmələri qrupda 6 qələbə qazanaraq birbaşa 1/8 finala vəsiqə əldə ediblər.


