FIFA Braziliyanı beynəlxalq yarışlardan kənarlaşdıra bilər

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) Braziliyanı beynəlxalq futbol yarışlardan kənarlaşdırmaq ehtimalı var.

Arena.az bu barədə “Associated Press” agentliyinə istinadən məlumat verir.

FIFA Braziliyaya xəbərdarlıq edib ki, Braziliya Futbol Konfederasiyasının (CBF) müdaxiləsi yanvarda təşkilatın yeni prezidentinin seçilməsinə səbəb olarsa, ali futbol qurumu ölkənin milli komandalarının və klublarının beynəlxalq yarışlarda iştirakını dayandıra bilər.

Mənbənin məlumatına görə, Braziliyanın yüksək səviyyəli futbol idarəçisinə göndərilmiş məktubda FIFA, ölkənin futbol qurumu CBF-nin prezident kimi Ednaldo Rodrigesin əvəzlənməsi üçün gözlənilən seçkiləri gözləmək və keçirmək çağırışına məhəl qoymasa, Braziliyanı beynəlxalq yarışlardan kənarlaşdırıla biləcəyini söyləyib.

Rio-de-Janeyro məhkəməsi Rodriguesi və onun CBF-ə bütün təyinatlarını keçən ilki seçkilərdəki pozuntulara görə dekabrın 7-də vəzifələrindən kənarlaşdırıb. Braziliyanın iki ali məhkəməsi keçən həftə qərarı qüvvədə saxlayıb.

Braziliya millisi beşqat dünya çempionu, Amerika Kubokunun doqquzqat, Olimpiya Oyunlarının ikiqat qalibi, dünyanın ən titullu milli futbol komandasıdır.

Xatırladaq ki, Braziliya millisi FIFA-nın yenilənmiş reytinq cədvəlində 1784 xalla 5-ci pillədə qərarlaşıb. Reytinqin lideri 1855 xal toplamış Argentina millisidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: